Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Uruzqan bölgə rəhbərliyi yayıb.
Bildirilib ki, “Taliban” qiyamçıları bir az öncə vilayətin cənubunda yerləşən ordu bazasına geniş miqyaslı hücum həyata keçirib.
Rəsmi məlumata əsasən hücum zamanı 20-dən çox hərbçi həlak olub. 40-a qədər hərbçinin taleyi ilə bağlı isə ümumiyyətlə xəbər yoxdur.
Dəyanət Ağalarlı
Ordu.az