Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində strateji Kera şəhəri və ətraf təpəliklər də daxil olmaqla ümumilikdə 15-ə qədər yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Suriya Quru Qoşunlarının tərkibindəki 4-cü zirehli tank diviziyasının həyata keçirdiyi əməliyyatlar zamanı ümumilikdə 100-dən çox terrorçu məhv edilib.
Qeyd edək ki, əməliyyatlar hazırda da Əl-Səfa şəhəri və ətraf rayonlarda intensiv aviasiya dəstəyi altında davam etdirilir.
Dəyanət Ağalarlı
Ordu.az