Rusiyadan İŞİD-ə son xəbərdarlıq: Sveydəni tərk etmək üçün 8 saatınız var

2018/08/456456_1533811436.jpg
Oxunub: 247     14:41     09 Avqust 2018    
Rusiya Aerokosmik Qüvvələri Sveydənin İŞİD-dən tamamilə təmizlənməsi üçün geniş miqyaslı əməliyyatlar planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriyadakı Rusiya Koordinasiya Mərkəzindən bildirilib.

Bildirilib ki, İŞİD terror qruplaşmasına bölgəni tərk etməsi üçün son bir neçə saat vaxt verilib.

“Əgər terrorçu qruplaşma növbəti 8 saat ərzində Sveydədən tam və qeyd-şərtsiz şəkildə çıxmasa onda geniş miqyaslı hava hücumuna hazır olsun. Rusiya qırıcıları artıq əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilib”, - deyə açıqlamada qeyd olunub

Qeyd edək ki, Rusiya Aerokosmik qüvvələri ötən gün də bölgənin Kera və Əl-Səfa şəhərlərində onlarla terrorçunun məhv edilməsi ilə nəticələnən hava əməliyyatları keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Sveyda   İŞİD   Rusiya  

Xəbər lenti

Rusiyadan İŞİD-ə son xəbərdarlıq: Sveydəni tərk etmək üçün 8 saatınız var

2018/08/456456_1533811436.jpg
Oxunub: 248     14:41     09 Avqust 2018    