Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, əməliyyatların əsas mərkəzi Ürzqan və Herat vilayətləri olub.
Rəsmi məlumata əsasən, bu həftənin ilk 3 günü ərzində 109 “Taliban” qiyamçısı məhv edilib, daha 77-si isə yaralanıb. Sadəcə ötən gün ərzində 50 qiyamçı məhv edilib.
Qeyd olunan dövr ərzində ordu ümumilikdə 11 hava əməliyyatı, 91 xüsusi təyinatlı əməliyyat keçirilib.
Xatırladaq ki, əməliyyatlar zamanı 12 hərbçi həlak olub, daha 4-ü isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az