Almaniya ordusunda icbari hərbi xidmət tətbiq oluna bilər

2018/08/576a611ec46188ce4b8b458b_1533794834.jpg
Oxunub: 156     10:04     09 Avqust 2018    
Almaniya rəhbərliyi orduya çağırışlarla bağlı bir sıra yeniliklərin tətbiqini planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, planlaşdırılan yeni qanuna əsasən yetkinlik yaşına çatmış bütün kişi və qadınlar məcburi hərbi xidmətə çağırılacaqlar.

Bu barədə rəsmi açıqlama verən Almaniya Sosial Demokratiya partiyasının nümayəndəsi millət vəkili Fritz Felqenteryu bildirib ki, artıq Almaniya parlamenti daxilində bu məsələ ilə bağlı müzakirələrə başlanılıb.

Planlara əsasən, yeni islahatlar paketi qəbul edilərsə, ortalama olaraq hər il 700 minə qədər Almaniya vətəndaşı məcburi hərbi xidmətə çağırılacaq.

12 aylıq icbari hərbi xidmətlə bağlı qanun layihəsi Almaniya büdcəsi üçün əlavə 5,1 milyard dollar orta illik xərclərə səbəb olacaq.

Qeyd edək ki, plana əsasən, 18 yaşını tamamlamış və hərbi xidmətə yararlı hər bir qadın və kişi orduda qulluq keçməlidir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   Məcburi-Hərbi-Xidmət  

Xəbər lenti

Almaniya ordusunda icbari hərbi xidmət tətbiq oluna bilər

2018/08/576a611ec46188ce4b8b458b_1533794834.jpg
Oxunub: 157     10:04     09 Avqust 2018    