Ordu.az xəbər verir ki, bu barədə məlumatı İranın “farsnews” xəbər agentliyi yayıb.
Bildirilir ki, ilkin olaraq artıq Afrinin Homam şəhərində bir hərbi bazanın tikintisinə başlanılıb.
Məlumata əsasən qurulacaq hərbi bazalar bölgədəki Türkiyə hərbi qüvvələrinin YPG/PKK qruplaşmasına qarşı keçiriləcək əməliyyatlarının koordinasiya edilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, bölgənin təhlükəsizliyinin artırılması məqsədilə qurulacaq hərbi bazalar müvəqqəti istifadə üçün nəzərdə tutulub.
Dəyanət Ağalarlı
Ordu.az