HTŞ Latakiyada geniş miqyaslı əməliyyatlara başlayıb

2018/08/Syrian-Army-in-Daraa_1533727684.jpg
Oxunub: 4344     18:57     08 Avqust 2018    
“Hayat Təhrir Əş-Şam” terror qruplaşması Suriyanın Türkiyə ilə sərhəd Latakiya bölgəsində yerləşən ordu mövqelərinə qarşı irimiqyaslı əməliyyatlar keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından etibarən Latakiyanın Rabia şəhərindəki Suriya Quru Qoşunlarının mövqeləri terrorçuların kəskin hücumuna məruz qalıb.

Belə ki, terrorçu qruplaşma təxmin 2 min nəfərlik qüvvəylə əraziyə 2 müxtəlif istiqamətdən hücumlar həyata keçirir.

Məlumata əsasən bölgədəki ordu qüvvələri hücumlara ciddi müqavimət göstərirlər. Hər iki tərəfdən çox sayda itkiyə səbəb olan qarşıdurmalar hazırda da davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hayat-Təhrir-Əş-Şam   Terror  


Bizi "telegram"da izləyin