Ordu.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
“Mən İŞİD “xilafətin”inin süqutunu elan etməkdən qürur duyuram. Həmçinin söz verirəm ki, İŞİD-in tamamilə aradan qaldırılmasına qədər istirahət etməyəcəyik”, - deyə Pens vurğulayıb.
Qeyd edək ki, İŞİD terror qruplaşması 2014-cü ildə İraq və Suriyada böyük ərazilər ələ keçirdikdən sonra “xilafət” elan edib. Həmin zamandan etibarən ABŞ və müttəfiqləri bölgədə İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb.
Ağalar Ağalarlı
Ordu.az