Trampın Hindistan səfəri üçün hazırlıqlar başlayıb

2026/01/1769008045.jpg
Oxunub: 181     15:25     27 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası onun gələn ilin əvvəlində Hindistana baş tuta biləcək səfəri üçün hazırlıqlara başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

O, əlavə edib ki, Amerika tərəfi səfəri təşkilinə ümid edir.

Rubionun sözlərinə görə, Trampın səfərindən əvvəl o, lazımi tədbirləri hazırlamaq üçün bu ilin sonuna qədər özü Hindistana səfər etməyi planlaşdırır. Donald Tramp sonuncu dəfə Hindistanaa 2020-ci ilin fevral ayında səfər edib.

Dövlət Departamenti Vaşinqton və Nyu-Dehlinin münasibətlərini yaxın hesab edir və Trampın G7 sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra əlaqələrin gücləndiyini qeyd edir. ABŞ Hindistanı regionda əsas tərəfdaş kimi görür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin