Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib

2026/01/1768806333.jpg
Oxunub: 210     15:28     27 İyun 2026    
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.

"Təyyarənin itirildiyini təsdiqləyirik, lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə komandası ilə əlaqə saxlayıb və müayinə olunmaq, eləcə də lazımi yardımın göstərilməsi üçün operativ şəkildə tibb müəssisəsinə çatdırılıb", – qurumdan əlavə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   MiQ-29  


Bizi "telegram"da izləyin