Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviazərbələr terrorçuların Yarmuk düşərgəsi yaxınlığında yerləşən mövqelərinə endirilib.
Əməliyyatlarla bağlı Rusiya Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin Suriyanın cənubunda yerləşdirilmiş birlikləri tərəfindən İŞİD-in bölgədəki mövqelərinə 40-dan çox raket zərbəsi endirilib.
Rusiya tərəfinin yaydığı rəsmi məlumata əsasən hücumlar zamanı terrorçuların 22 üzvü məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az