Hindistanla S-400 danışıqları ABŞ-ın sanksiyalarına cavab ola bilər

2018/07/s-400_triumf-34_1532508016.jpg
Oxunub: 3527     18:55     25 İyul 2018    
Rusiya və Hindistan arasında S-400 raketdən müdafiə sistemlərinin satışı ilə bağlı aparılan danışıqlar ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirini azalda bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Hindistan mənbələri yayıb.

Bildirilir ki, Rusiya ABŞ-ın sanksiyalarının təsirini minimuma endirmək istəyirsə, Cənub və Cənub-şərqi Asiya regionuna üz tutmalıdır.

Belə ki, İndoneziya, Vyetnam və Hindistan başda olmaqla bu regionlardakı bir çox ölkə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı çıxdığını bildirib.

Məhz buna görə də başda Hindistanla S-400 danışıqları olmaqla Rusiya bu dövlətlərlə münasibətləri dərinləşdirəcək addımlar atsa, bu, Moskvanı sözügedən sanksiyaların zərərli təsirlərindən böyük ölçüdə xilas edə bilər.

Qeyd edək ki, Vaşinqton rəhbərliyi iki dövlət arasında yaxınlaşmanı hiss etdiyindən dolayı Dehli ilə bu ilin sentyabrında ABŞ və Hindistan Müdafiə və Xarici İşlər nazirlərinin iştirakı ilə 2+2 variantında görüş keçirilməsi ilə bağlı razılıq əldə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Hindistan   S-400   Sanksiya  


Bizi "telegram"da izləyin