Ekspertlər Kanadanın HHM sahəsində ABŞ-a ehtiyacı olduğunu bildirirlər

2018/07/rtr3v5cu-635x357_1532505363.jpg
Oxunub: 1949     18:31     25 İyul 2018    
Kanadalı ekspertlər Ottavanın ABŞ-ın ballistik raketdən müdafiə sistemi ilə bağlı proqramına qoşulmasının əhəmiyyətindən danışıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fikirlər səsləndirən hərbi və siyasi ekspertlərin bir çoxu bununla da Kanadanın hər nə qədər də aktual səslənməsə də, Şimali Koreyadan gələ biləcək potensial təhlükələrdən xilas olacağını düşünür.

Təsadüfü deyil ki, bu məsələ ötən gün Kanadanın Montreal şəhərində keçirilən konfransda da dilə gətirilib.

Kanada Müdafiə Nazirliyi daxilində fəaliyyət göstərən 50-ə qədər hərbi ekspertin də iştirak etdiyi konfransdan sonra iclasın yekunları ilə bağlı ümumi bəyanat yayımlanıb.

Qeyd olunub ki, konfrans iştirakçıları xarici təhdidlərdən müdafiə məqsədilə Kanada hökumətinə ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin ölkənin qərb sahil bölgələrində qurulması ilə bağlı təklif göndəriblər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ   HHM-Sistemləri  


Bizi "telegram"da izləyin