“The Hill”: Pentaqon ilk dəfə kiber müharibə siyasəti formalaşdıracaq

2018/07/37831891_2612396405653178_8745304990983127040_n_1532445707.jpg
Oxunub: 2547     23:26     24 İyul 2018    
ABŞ-ın 2019-cu maliyyə ili üzrə müdafiə büdcəsinin sonuncu versiyasında kiber müharibə sahəsinə diqqətin artırılması nəzərdə tutulub.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, müdafiə büdcəsi layihəsində kiber hücumlara qarşı tədbirlər görmək məqsədilə Pentaqona əlavə səlahiyyətlər verilməsi qeyd olunub.

“Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu (NDAA) yeni siyasi xətt müəyyənləşdirəcək. Buna əsasən ABŞ kiberhücumlardan çəkindirmək məqsədilə əlində olan bütün güc alətlərindən istifadə edə bilər. Eyni zamanda zəruri olduğu təqdirdə ABŞ maraqlarını hədəf alan kiberhücumlara cavab verilməsi də mümkündür”, - deyə hesabatda deyilir.

Məlumata görə, hücumlar qəsdli olaraq həyata keçirilsə, demokratik institutlar, ABŞ hökuməti, Silahlı Qüvvələr və digər əhəmiyyətli infrastrukturlarda pozuntulara səbəb olsa, qanun işə salına və əks-tədbirlər görülə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin