“Lockheed”dən 2018-ci ilin ikinci rübünə dair HESABAT

2018/07/37783651_2612394585653360_6895870199057088512_n_1532445322.jpg
Oxunub: 3058     23:08     24 İyul 2018    
2018-ci ilin aprel-iyun ayları ərzində “Lockheed Martin” şirkəti əvvəlki ilin eyni dövrünə nisbətdə 800 milyon daha çox gəlir əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət qeyd olunan dövr ərzində satışlardan və digər xidmətlərdən ümumilikdə 13,4 milyard dolar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 800 milyon daha çoxdur.

Eyni zamanda bu ilin aprel-iyun ayları üçün şirkətin xalis mənfəəti 1,2 milyard dollar olub.

Bildirilib ki, bu müddət ərzində də şirkətin ən loyal müştəriləri sırasında ABŞ lider mövqeyində qərarlaşıb. Belə ki, tərəflər arasında 3 ay ərzində ümumi dəyəri 2,14 milyard dollar dəyərində 20-yə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 4 müxtəlif bölmədən şirkətə aeronavtika bölməsi 5,3 milyard, raket istehsalı bölməsi 2,1 milyard, idarəetmə sistemlərinin istehsalı bölməsi 3,6 və kosmik istehsal bölməsi 2,4 milyard dollar gəlir qazandırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Hesabat  


Bizi "telegram"da izləyin