Ukrayna və NATO daha bir hərbi təlim keçirəcək

2018/07/56756_1532439605.png
Oxunub: 1625     21:52     24 İyul 2018    
Qara dənizin Ukrayna sahillərində Ukrayna donanması və NATO-ya məxsus döyüş gəmilərinin iştirakı ilə daha bir birgə hərbi təlimlər həyata keçiriləcək.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, NATO-nun təlimdə iştirak edəcək altı gəmisi dünən Odessaya yan alıb.

İyulun 26-da başlayacaq təlimdə Türkiyənin “Fatih” və “Anamur”, Niderlandın “De Ruyter”, Almaniyanın “Rhein”, Rumıniyanın isə “Regele Ferdinand” və “Lupu Dinescu” gəmiləri iştirak edəcək.

Qeyd edək ki, bundan öncə Ukrayna sahillərində NATO və Ukrayna qüvvələrinin birgə “Sea Breeze 2018” hərbi təlimləri həyata keçirilib və iyulun 21-də başa çatıb. Həmin təlimlərdə 19 ölkədən 30-dan çox gəmi iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-NATO   Təlim  


Bizi "telegram"da izləyin