İsrail BQ rəisi: “Son illərin əsas narahatlığı Suriyada İranın əngəllənməsi idi”

2018/07/56756_1532439012.jpg
Oxunub: 1440     21:29     24 İyul 2018    
“İsrail Müdafiə Qüvvələrinin son illərdə əsas fokuslandığı məsələ İran qüvvələrinin Suriyada daimi hərbi mövcudluğunun qarşısının alınması olub”.

Ordu.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu fikirləri İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qadi Ayzenkot bəyan edib.

Onun sözlərinə görə, İMQ bu sahədə bir çox uğurlar əldə etsə də, onların əksəriyyəti ictimaiyyətin gözündən iraq olub.

“Son illərdə İranın ölkəmizin şimalında möhkəmlənməsinin qarşısını almaq İMQ-nin əsas tapşırığı olub və bu mənada ciddi əməliyyat uğurları əldə edilib. Lakin bunların bir çoxu gizlədilib”, - deyə Ayzenkot bildirib.

O, eyni strategiyanın bundan sonra da davam etdiriləcəyini və İran qüvvələrinin Suriyada daimi hərbi mövcudluğunun qarşısının alınması istiqamətində addımlar atılacağını əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran-Suriya  


Bizi "telegram"da izləyin