Terrorçuların İdlib və Həmadakı mövqelərinə zərbələr endirilib

2018/07/768_1532438890.jpg
Oxunub: 3060     21:32     24 İyul 2018    
Suriya Quru Qoşunları “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının Həmanın şimalınada və İdlibin cənubundakı mövqelərinə zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı yerli mənbələr bildirib.

Qeyd olunub ki, ordu qüvvələri bu gün səhər saatlarından etibarən terrorçuların sözügedən bölgələrdəki mövqelərini aramsız artilleriya atəşinə tutub.

Yerli mənbələrin yaydığı məlumata əsasən zərbələr nəticəsində qruplaşmanın 54 üzvü zərərsizləşdirilib. Eyni zamanda terrorçuların bölgənin bir neçə şəhərindəki mövqeləri ciddi şəkildə sarsılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   Həma  


Bizi "telegram"da izləyin