“Lockheed” F-35 təyyarələrinin istehsalını sürətləndirməyi planlaşdırır

2018/07/664386-f-35-lightning-generic-lockheed-martin-2_1532437818.jpg
Oxunub: 1697     21:08     24 İyul 2018    
“Lockheed Martin” F-35 “Lightning II” qırıcı təyyarələrinin istehsalını sürətləndirmək məqsədilə personal sayını artırmağı nəzərdən keçirir.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə kompaniyanın icraçı direktoru Merilin Hyuson danışıb.

Onun sözlərinə görə, ABŞ tarixinin ən bahalı layihəsi olan F-35-in istehsalını sürətləndirmək məqsədilə personal sayını 1800 nəfər artırma ehtimalı nəzərdən keçirilir.

Hyuson hazırda layihənin 194 min birbaşa və ya dolayı şəkildə iş yerini dəstəklədiyini və bundan sonra da bu rəqəmin artacağını bildirib.

Qeyd edək ki, ən böyük rəqiblərindən olan “Boeing”lə girdiyi tenderdən qalib çıxan “Lockheed Martin” oğul Buşun prezidentliyinin ilk ilində - 2001-ci ildə F-35-in təkmilləşdirilməsi və istehsalını öz üzərinə götürüb. Layihənin ümumi dəyərinin 406 milyard dollardan çox olması güman edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Lockheed-Martin   Boeing  


Bizi "telegram"da izləyin