Serbiya Müdafiə naziri Çində rəsmi səfərdədir

2018/07/765_1532436736.jpg
Oxunub: 1196     21:10     24 İyul 2018    
Serbiya Müdafiə naziri Aleksandr Vulinin Çinə 3 günlük rəsmi səfəri başlayıb.

Ordu.az xarici KİV-lərə istinadənm xəbər verir ki, bu barədə rəsmi açıqlama Serbiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir artıq səfər çərçivəsində bir neçə görüş keçirib.

Belə ki, o Çinin uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış AVIC və CATIC şirkətlərinə baş çəkib. Onun burada hər iki şirkətlə Serbiya arasında ikitərəfli əməkdaşlıqların qurulması üçün danışıqlar apardığı bildirilir.

Bundan əlavə Vulin bir neçə yüksək rütbəli Çin hərbçiləri ilə də bir araya gəlib.

Qeyd edək ki, nazirin Çinə rəsmi səfəri 26 iyul tarixində yekunlaşacaq

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Çin  


Bizi "telegram"da izləyin