Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Əfqanıstan Prezident Administrasiyasından yayılıb.
Bildirilib ki, görüşdə nümayəndələr Əfqanıstan və Fransa arasında əldə edilmiş hərbi və diplomatik sahədə əməkdaşlıqların daha da dərinləşdirilməsi ilə bağlı müqavilə imzalanıb.
Belə ki, müqaviləyə əsasən Fransa Əfqanıstanda terrorla və “Taliban” qiyamçıları ilə mübarizədə Əfqanıstana əlavə hərbi və humanitar yardımlar göstərəcək.
Müqavilənin detalları ilə bağlı məlumat verilməsə də, yardımların bu ilin sonundan etibarən təhvil verilməsinə başlanılacaq.
Dəyanət Ağalarlı
Ordu.az