Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sistem Müdafiə Nazirliyi rəsmilərinin iştirakı ilə Bazarqan sərhəd zonasında nümayiş etdirilib.
İran Müdafiə nazirinin müavini briqada generalı Reza Müzəffərininin sözlərinə görə, yeni sistem bir dəqiqə ərzində yük maşınlarında olan yükü təftiş edə bilir.
“X-ray” şüaları heç bir tələfat vermədən həmin yükün tərkibinə daxil olaraq onun təsvirini yüksək keyfiyyətlə görüntüləyir.
Ağalar Ağalarlı
Ordu.az