Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Əfqanıstan ordusunun sözçüsü Şərin Ağa Fəqiri bildirib.
O qeyd edib ki, ordu qüvvələri ölkənin şimal-şərqindəki Kapisə vilayətində “Taliban” qiyamçılarına qarşı irimiqyaslı əməliyyatlar keçirib.
Bildirilir ki, əməliyyatlar nəticəsində qiyamçıların aralarında iki önəmli fiqurun da olduğu 17 üzvü məhv edilib, daha 10-dan çoxu isə yaralanıb.
Rəsmi məlumata əsasən Əfqanıstan ordusu əməliyyatları itkisiz tamamlayıb.
Dəyanət Ağalarlı
Ordu.az