Ordu.az RT-yə agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Twitter” hesabında qeyd olunub.
Məlumata görə, “Sukhoi” döyüş təyyarəsi iki ədəd “Patriot” raketi ilə vurulub. Təyyarənin əvvəlcədən İsrail ordusunun nəzarətində olduğu və İsrailin hava fəzasının 2 kilometr daxilinə qədər irəlilədiyi bildirilib.
İsrail Ordu Radiosunun məlumatına görə, təyyarə Colan təpələri üzərində vurulsa da, Suriya tərəfə düşmüş ola bilər.
Ağalar Ağalarlı
Ordu.az