Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözçü Hudeydə uğrunda tərəflər arasında gedən mübarizəni koalisiya üçün “zərərli dava” şəklində xarakterizə edib.
O bildirib ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyası Hudeydə uğrundakı döyüşlərdə bu günə qədər 1400-dən çox hərbçisini itirib. Daha onlarla zirehli texnikası və təyyarəsi yararsız hala salınıb.
“Bu müharibə qarşı tərəf üçün çox ağrılı keçdi. Qarşıdurmanın uzanması təqdirdə hər ötən gün koalisiya qüvvələri daha bir neçə hərbçisini itirəcək. Ona görə də hazırda onlar üçün ən uğurlu qərar ilkin olaraq Hudeydəni, daha sonra isə bütün Yəməni tərk etmək olacaq. Yoxsa bu “zərərli dava” onların üçün hələ çox ağrı-acı yaşadacaq”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az