Yaponiya raketdən müdafiə xərclərini iki dəfə arta bilər

2018/07/KUKUSAJWJVAQ5BFFJJ3XMPHPGE_1532427689.jpg
Oxunub: 4016     22:36     24 İyul 2018    
Yaponiya Müdafiə Nazirliyinin ən sonuncu hesablamalarına görə, quruda yerləşdiriləcək olan raketdən müdafiə batareyalarına tələb olunan vəsait 3,6 milyard dollar ola bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buraya digər xərclərin əlavə edilməsi ilə rəqəmin 4 milyardı ötüb keçəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiya hökuməti 2023-cü ilə qədər ərazisində ABŞ istehsalı “Aegis Ashore” sistemlərini yerləşdirməyi planlaşdırır.

Bu sistemlərin yerləşdirilməsinə dair Şimali Koreyanın raket sınaqlarını intensivləşdirdiyi zamanlarda verilməsinə baxmayaraq, Yaponiya hökuməti qərarın hələ də qüvvədə olduğunu bildirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Aegis-Ashore   Şimali-Koreya  


Bizi "telegram"da izləyin