Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, silahlar Homsun Rəstan şəhərində aşkarlanıb.
Bu barədə Suriya Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, ordu qüvvələri şəhəri azad etdikdən sonra qarşıdurma zonasında araşdırmalar aparıb.
Araşdırma nəticəsində çox sayda qumbaraatan, hücum tüfəngləri və külli miqdarda mərmidən ibarət terrorçulara məxsus silah deposu aşkar edilib. Silahlar dərhal təhlükəsizlik xidməti əməkdaşları tərəfindən müsadirə olunub.
Dəyanət Ağalarlı
Ordu.az