Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onları Ermənistan SQ və RF SQ qoşunlarının birləşmiş qruplaşmasının komandanı, general-mayor Parvanyan müşayiət edib. Görüşdə rus-erməni hərbi əməkdaşlığı sahəsində ikitərəfli maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.
Görüş zamanı, Şirak vilayətinin Panik kəndindəki son hadisənin detalları da müzakirə olunub. Polkovnik Stexov hadisədən təəssüfləndiyini və Rusiyanın hərbi bazasının bu cür məsələlərdə daha diqqətli və ardıcıl olmağa hazır olduğunu əmin edib.
Öz növbəsində, Ermənistanın müdafiə naziri Davit Tonoyan 102-ci hərbi bazanın fəaliyyəti və xüsusilə döyüş hazırlığı tədbirləri zamanı əhali ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirilməsinə çağırıb.
Tonoyan qeyd edib ki, iyulun 22-də özü şəxsən Panik kəndinə səfər edəcək və hadisənin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Alpər Mövludoğlu
Ordu.az