Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən Ermənistan-Rusiya münasibətlərinin müzakirəsində Rusiya Dövlət humanitar universitetinin regional və xarici siyasət şöbəsinin dosenti, Beynəlxalq münasibətlərin rus şurasının eksperti, tarix elmləri namizədi Sergey Markedonov deyib.
Onun sözlərinə görə, 2016-cı ilin aprel ayında keçirilən dörd günlük döyüşlər ərzində yalnız iki ölkə - Türkiyə və Ukrayna Azərbaycan lehinə yanaşma sərgiləyib.
"Əgər, Ukraynanın mövqeyi Rusiyanın mövqeyi ilə şərtlənirsə, məsələn, Rusiya iyul ayıdır deyərsə, Ukrayna sentyabr ayıdır söyləyəcək. Lakin Türkiyə məsələsi fərqlidir. Bu vəziyyətdə Ermənistanın NATO-ya inteqrasiyası bağlıdır və maraqlar üçün Rusiya faktoru irəli çıxır. Əgər maraqları üst-üstə düşürsə, əməkdaşlıq olacaq. Əməkdaşlıq bütün məsələlər üzrə ümumi baxışların üst-üstə düşməsi demək deyil", - deyə o bildirib.
Markedonov, hazırda Ermənistanda xaotik vəziyyətin yaşandığını, risklərin çox olduğunu qeyd edib: "İnsanlar Rusiyanın Ermənistandakı "məxməri inqilabın” uğuruna qısqanc şəkildə yanaşdığını yazırlar. Lakin bu müvəffəqiyyətə nail olmaq lazımdır, hər şey hələ yeni başlayıb. Ermənistanda hökumətin dəyişdiyini söyləyirlər. Əgər dəyişibsə, hökumət hələ də müvəqqətidir, hələ də seçkilər olmalıdır. Bu güc dəyişikliyi deyil, hələ də davam edən hakimiyyətin dəyişməsi prosesidir".
Alpər Mövludoğlu
Ordu.az