TSQ Suriyadakı fəaliyyətlərin bu ana olan nəticələrini AÇIQLAYIB

2018/07/54_1532092155.jpg
Oxunub: 3666     21:07     20 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı Afrin və Münbic bölgəsində görülən fəaliyyətlərin nəticələrinə dair bəyanat yayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Afrində davam etməkdə olan “Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 4545-ə çatıb.

Martın 18-də Afrinin şəhər mərkəzi azad edildikdən sonra bölgədə mina və kustar üsullarla hazırlanmış partlayıcı qurğuların aşkarlanaraq sıradan çıxarılması əməliyyatları həyata keçirilir.

Bu əməliyyatlar çərçivəsində bu vaxta qədər 251 mina və 1325 kustar üsulla hazırlanmış partlayıcı qurğu sıradan çıxarılıb.

“Zeytun Budağı” əməliyyatı zamanı baş verən qarşıdurmalarda TSQ-dən isə 54 əsgər şəhid olub, 240-ı yaralanıb.

ABŞ-la Türkiyə arasında qəbul edilmiş Münbic Yol Xəritəsinə əsasən “Fərat Qalxanı” əməliyyatının əhatə etdiyi zona ilə Münbic bölgəsi arasında qalan zolaq üzrə TSQ və ABŞ ordusu 18 iyundan etibarən koordinasiyalı və müstəqil şəkildə patrul reydləri keçirir.

Həmin tarixdən geridə qalan müddət ərzində 16 müstəqil patrul reydləri baş tutub. Münbicdəki terrorçuların bölgəni təmamilə tərk etməsinə qədər bu fəaliyyətlərin davam etdiriləcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Afrin   Münbic  


Bizi "telegram"da izləyin