Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu hələ dronun ilkin versiyası olaraq təqdim edilib.
Bildirilib ki, “Oxotnik” adı verilən dronlar istənilən hücum tapşırığını maksimum effektivliklə həyata keçirmək iqtidarındadır.
“Hücum əməliyyatları üçün dizayn edilmiş ən müasir standartlara cavab verən bu uçuş aparatının artıq növbəti versiyaları üzərində işə başlanılıb. Biz bir neçə təkmilləşdirmə layihəsindən sonra rahatlıqla “Oxotnik”in gələcək 6-cı nəsil qırıcılar üçün prototip rolu oynayacağını qeyd edə bilərik”, - deyə Rusiya Müdafiə Nazirliyinin yayımladığı məlumatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az