Daha bir erməni hərbi qulluqçu qəza törədib

2018/07/DSC09923herbchi_1508572304324234_1508572736_1532002099.jpg
Oxunub: 1713     20:15     19 İyul 2018    
Ermənistan müdafiə nazirliyinin 22 yaşlı hərbi qulluqçusu "Mercedes" markalı avtomobillə iki müəlliməni vurub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 18-də saat 18:00 radələrində İrəvan sakini 22 yaşlı Kamo Muradyan idarə etdiyi "Mercedes" markalı avtomobillə İrəvan şəhərinin Erebuni küçəsində 2 piyadanı, 34 yaşlı Marianna Harutyunyanı və 34 yaşlı Liza Hovhanisyanı vurub.

Sürücü yaralıları tibb mərkəzinə təxliyyə edib. Məlumata görə, sürücü Kamo Muradyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir. Yaralılar isə Monte Melkonyan adına 11 nömrəli məktəbin müəllimələridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Mercedes   Qəza  


Bizi "telegram"da izləyin