CNN: YPG daxilində 600-ə qədər xarici terrorçu fəaliyyət göstərir

2018/07/SDF-Humvee-and-technical_1531990216.jpg
Oxunub: 3882     16:40     19 İyul 2018    
ABŞ-ın Suriyada dəstəklədiyi YPG terror qruplaşmasının daxilində 600-ə qədər xarici ölkə vətəndaşlarının da olduğu bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ötən gün ABŞ-ın CNN televizisayısının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda YPG daxilində Fransa, Almaniya və s. dövlətlərdən ümumilikdə 600-ə qədər xarici terrorçu da fəaliyyət göstərir.

Bildirilib ki, buna əsas səbəb YPG terror qruplaşması daxilində yer almaq istəyən suriyalıların demək olar ki, mövcud olmamasıdır.

Nəticədə ABŞ-ın da dəstəyi ilə 40-a qədər ölkədən muzdlu şəkildə qruplaşmaya qoşulmağa razılıq verən çox sayda xarici gətirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   YPG   Terror  


Bizi "telegram"da izləyin