Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Qeyd olunub ki, Məşərə şəhəri uğrunda ordu ilə üsyançılar arasında 48 saat davam edən döyüş bu gün səhər müxaliflərin şəhərdən çəkilməsi ilə sona çatıb
Məlumatda bildirilir ki, Məşərə şəhəri İsraillə sərhəddə yerləşən Colan təpələri yaxınlığında əsas strateji məntəqələrdən biri hesab olunur.
Qeyd edək ki, Suriya ordu qüvvələri şəhərin azad edilməsi üçün ötən gün də hücum edib, lakin 30-a qədər hərbçisini itirərək geri çəkilməli olub.
Dəyanət Ağalarlı
Ordu.az