Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Müdafiə naziri Stepan Poltorak bildirib.
O qeyd edib ki, milli təhlükəsizliklə bağlı qanun layihəsi qəbul edildikdən sonra Pentaqon Ukraynaya geniş miqyaslı hərbi yardım göstərmək üçün yaşıl işıq yandırıb.
“Yaxın zamanlarda Pentaqondan Ukrayna ordusuna ümumi dəyəri 100 milyon dollar olan silah-sursat, hərbi texnologiya və təchizatdan ibarət geniş miqyaslı dəstək göstəriləcək”, - deyə Poltorak qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az