"ABŞ-ın Suriyada varlığını sonlandırmaq planı yoxdur" – Bolton

2018/07/DiJo1S3U0AEaYyY_1531807945.jpg
Oxunub: 2405     14:09     17 İyul 2018    
ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin Suriyada hərbi mövcudluğunu qiymətləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, ölkəsini Suriya məsələsi ilə bağlı qərarsızlıqda ittiham edib.

Müşavir bildirib ki, ABŞ artıq Suriyada varlığını davam etdirməklə sadəcə Suriya problemini deyil, həm də bir sıra digər regional məsələləri də həll etməyi düşünür.

“Fikrimcə prezident Donald Trampın çıxışından hər kəs ABŞ-ın Suriyada hərbi fəaliyyətinin İŞİD problemi və İran təhlükəsi aradan qalxmadığı müddətcə davam edəcəyini anlayıb. ABŞ Suriyada hərbi qüvvə saxlamaqla sadəcə Suriya daxilindəki problemlərin deyil, həm də regional problemlərin həllinə çalışır. Bu onu göstərir ki, Vaşinqton hələ yaxın zamanlarda Suriyadakı hərbi qüvvələrini çıxarmayacaq. Açıq danışası olsaq, ABŞ-ın bölgədəki hərbi varlığını sonlandırmaqla bağlı uzun perspektivli konkret planı yoxdur”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin