Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun rəsmiləri məlumat yayıb.
Məlumata görə, yüksəkliyin azad edilməsi məqsədilə başladılan hücumun ikinci günündə buranı terrorçulardan azad etmək mümkün olub.
Artıq Suriya hökumət qüvvələri Rusiyanın da dəstəyi ilə Dera və Küneytrə vilayətlərinin böyük bir hissəsini azad edib. Buna baxmayaraq həmin iki vilayət arasında qalan dar zolaqda terrorçular fəaliyyət göstərməyə davam edirlər.
Son 15 saatda Rusiya və Suriya qüvvələri birlikdə həyata keçirdikləri əməliyyatlar zamanı bölgəyə 600 hava hücumu ediblər. Suriya hökuməti buradakı terrorçuların qeyd-şərtsiz təslim olmasını tələb edir.
Ağalar Ağalarlı
Ordu.az