Ukrayna və Britaniya Müdafiə nazirlərinin görüşü baş tutub

2018/07/630_360_1531391213-6067_1531730919.jpg
Oxunub: 1854     16:46     16 İyul 2018    
Ukrayna Müdafiə naziri Stepan Poltorak britaniyalı həmkarı Qavin Vilyamsonla bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Müdafiə naziri özünün rəsmi “Facebook” hesabından etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Böyük Britaniyadan olan həmkarı ilə baş tutan görüşdə tərəflər Kiyev və London arasındakı hərbi əlaqələrin vəziyyətinə və gələcək planlara dair müzakirələr aparıblar.

“Biz cənab Qavin Vilyamsonla görüşdə hər iki ölkənin marağında olan bir sıra hərbi məsələləri müzakirə etdik. Eyni zamanda hərbi sənayelərimizin qarşılıqlı inteqrasiyasının gücləndirilməsi ilə bağlı razılıq əldə etdik. Əlavə olaraq, hər iki ölkənin Donanma və Hərbi Hava Qüvvələrinin əməkdaşlıqlarını daha da dərinləşdirəcək bir çox qərarlara imza atdıq. Bunun nəticəsində qarşıdakı illərdə Böyük Britaniya və Ukrayna arasında ortaq hərbi istehsal sahəsində bir çox yeni layihələr həyata keçiriləcək, həmçinin intensiv olaraq hərbi təlimlər baş tutacaq”, - deyə Poltorak qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ukrayna   Hərbi-Əməkdaşlıq  


Bizi "telegram"da izləyin