Suriyada müxaliflər çox sayda texnikanı orduya təhvil verib – RKM

2018/07/Снимок_1531729031.png
Oxunub: 3974     15:55     16 İyul 2018    
Suriyadakı Rusiya Koordinasiya Mərkəzi müxaliflərin çox sayda tank, piyada döyüş maşınları və s. zirehli texnikanı hökumət qüvvələrinə təhvil verdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Mərkəzin rəhbəri Aleksey Tsiqankov bildirib.

O qeyd edib ki, mərkəzin səyləri nəticəsində tərəflər arasında əldə edilmiş razılığın məntiqi davamı olaraq Deradakı üsyançıların bir qrupu sahib olduqları 3 ədəd tank, 6 ədəd minaatan, 2 ədəd təyyarə əleyhinə top və çox sayda piyada döyüş vasitələri üçün mərmini Suriya ordusuna təhvil verib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Müxaliflər  


Bizi "telegram"da izləyin