ABŞ və İraq qoşunları Suriyadan çıxarılıb

2018/07/SinjarNPR_1531725500.jpg
Oxunub: 2018     15:23     16 İyul 2018    
İŞİD-ə qarşı fəaliyyət göstərən koalisiya qüvvələrinə bağlı ABŞ və İraq hərbi birlikləri Suriyanın İraqla sərhəd bölgələrini tərk ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı koalisiya qüvvələrinin sözçüsü Tomas Veyale bildirib.

O qeyd edib ki, bununla da koalisiya qüvvələri Suriyadakı fəaliyyətini yekunlaşdırıb.

“Koalisiya tərkibindəki son qüvələr də Suriya-İraq sərhədini tərk etdi. Eyni zamanda İraqın Suriya ilə sərhəd Sincar vilayətindəki baza da ləğv edildi. Koalisiya qüvvələrinin İŞİD-ə qarşı aktiv əməliyyatlarının uğurla yekunlaşdırıldığını deyə bilərəm. Bundan sonrakı mərhələdə İŞİD terror qruplaşmasına qarşı fəaliyyətimiz terrorla mübarizə aparan yerli qüvvələrin dəstəklənməsindən ibarət olacaq”, - deyə sözçü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   Koalisiya   Suriya   İŞİD    


Bizi "telegram"da izləyin