Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar indi də davam etməkdədir.
Məsələ ilə bağlı Suriya Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, ərazini nəzarətdə saxlayan "Hayat Təhrir Əş-Şam" terror qruplaşmasına bölgəni tərk etmək üçün 1 gün vaxt verilsə də, bir qədər sonra üsyançılar bu tələbi rədd edib.
Nəticədə ordu bu gün səhər Tal Əl-Hərrah şəhərinə hücum helikopterləri vasitəsilə çox sayda raket zərbələri endirib.
Bildirilir ki, aviazərbələrdən dərhal sonra quru qoşunları şəhərə daxil olub. Məlumata əsasən hazırda şəhər uğrunda amansız döyüşlər gedir.
Dəyanət Ağalarlı
Ordu.az