Suriya HHQ ölkənin cənub-qərbində əməliyyat keçirib

2018/07/Снимок_1531722931.png
Oxunub: 4057     14:23     16 İyul 2018    
Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar üsyançılara və terrorçu qruplaşmalara aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin cənub-qərbindəki Küneytrə və Dera bölgələrində həyata keçirilib.

Bildirilir ki, Suriya HHQ hücum zamanı ərazidəki Azad Suriya Ordusuna və “Hayat Təhrir-Əş-Şam” terror qruplaşmasına aid mövqelərə 25-dən çox raket zərbəsi endirib.

Qeyd edək ki, hücum zamanı ASO və terrorçuların itki verdiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ASO   Hayat-Təhrir-Əş-Şam  


Bizi "telegram"da izləyin