Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu addımı sülh və təhlükəsizlik baxımından əhəmiyyətsiz hesab edir.
“Fikrimcə, NATO-ya üzv ölkələrin hərbi xərclərinin ölkə ÜDM-sinə nisbətinin 4 faizə çatdırılması ilə bağlı ABŞ prezidentinin sammitdə səsləndirdiyi təklif Avropa üçün heç bir müsbət irəliləyiş vəd etmir. Daha çox silahlanma daha təhlükəsiz dünya və sülh gətirməyəcək. Eyni zamanda heç bir ölkə hazırda bunu qarşılayacaq maliyyə ehtiyatlarına da sahib deyil. Ona görə də bu təklif birdəfəlik rədd edilməlidir”, - deyə Maas bildirib.
Dəyanət Ağalarlı
Ordu.az