Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baqeri burada Pakistanın siyasi və hərbi rəsmiləri ilə görüşəcək.
Bu səfər 40 ildən uzun müddət ərzində İran SQ-nin Baş Qərargah rəisi tərəfindən Pakistana edilən ilk səfərdir. Baqeri İslamabada Pakistan BQ rəisi Qəmər Caved Bəcva tərəfindən dəvət edilib.
Qeyd edək ki, İŞİD-in Əfqanıstandakı fəaliyyətini ciddi təhdid olaraq görən İran, Pakistan, Çin və Rusiya terrorçu qrupa qarşı əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az