Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri bölgədə uzun müddətdir davam edən əməliyyatları qarşıdakı günlərdə yekunlaşdırmağı planlaşdırır.
Deranın qərbində nəzarətdə saxladığı bütün mövqelərdən çıxarılan terror qruplaşmasının üzvləri bölgədəki sonuncu mövqelərinə toplaşıblar.
Belə ki, bölgədə nəzarəti itirmiş "Hayat Təhrir Əş-Şam" terror qruplaşması Deranın ucqar qərb nöqtəsi olan Tal Əl-Hərrah təpələrində Deranın taleyini həll edəcək döyüşə hazırlaşır.
Qeyd edək ki, Suriya hərbi dairələri terrorçulara bölgəni tərk etmək üçün bir gün vaxt verib. Əgər terrorçular ərazidən çıxmasa, bu gün axşam saatlarında Tal Əl-Harrahda qanlı döyüşlər baş verə bilər.
Dəyanət Ağalarlı
Ordu.az