Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pakistan Daxili İşlər Nazirliyi və yerli mənbələr yayıb.
Bildirilir ki, 5 fərqli partiyanı özündə birləşdirən İslam koalisiyasının prezidentliyə namizədi Əkrəm Xan Dürraninin bu gün Xibər Paxtunkava şəhərində keçirdiyi mitinqinə “Taliban” qiyamçıları tərəfindən hücum edilib.
Qiyamçıların avtomat silahlardan açdığı atəş nəticəsində mitinqə gələn mülki vətəndaşlardan 4-ü həlak olub, daha 21-i isə yaralanıb.
Polis qüvvələrinin müdaxiləsi nəticəsində silahlılar ərazidən uzaqlaşıb.
Dəyanət Ağalarlı
Ordu.az