Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Suriya Quru Qoşunlarının bölgəni bir çox istiqamətdən əhatəyə alıb.
Yüksək rütbəli Suriya zabitlərindən biri qeyd edib ki, münaqişəni davam etdirməklə terrorçular özlərinin ölüm fərmanını imzalayıblar.
"Ordumuz bu ana qədər İdlib uğrunda gedən döyüşlərdə "Hayat Təhrir əş-Şam" və "Cəbhət ən-Nüsra" terror qruplaşmalarına məxsus ümumilikdə 8000 yaraqlını məhv edib. Artıq terrorçu qruplaşmaların demək olar ki, heç bir yerə çıxışı qalmayıb. İordaniya, Livan, İsrail sərhədləri nəzarət altına alınıb. İdlib sonuncu strateji mövqedir. Əgər ora da azad edilsə, onda üsyançıların və terrorçuların xaricə çıxış imkanları tam həcmdə kəsilmiş olacaq. Mübarizəni davam etdirməklə onlar öz ölüm fərmanlarını imzalamış olublar", - deyə komandir qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az