Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu Pakistan donanmasına məxsus bir gəminin Qırmızı dənizin cənub regionundakı Ədən körfəzinə ilk səfəridir.
Pakistanın beynəlxalq öhdəliklərini yerinə yetirmək məqsədilə patrul gəmisi əsas akvatoriyada önəmli nöqtələrdə mövcudluğu təmin edib.
Qeyd edək ki, Pakistanın SAIF patrul gəmisi “Sword” sinifindən olan freqatların üçüncüsüdür. O, müasir və qabaqcıl silah və sensor sistemləri ilə təchiz edilib.
Ağalar Ağalarlı
Ordu.az