Netanyahu: "Bundan sonra da Suriyaya hücum edə bilərik"

2018/07/Bibi-954x516_1531463833.jpg
Oxunub: 568     14:37     13 İyul 2018    
İsrail Baş naziri Benyamin Netanyahu Suriya problemi ilə bağlı ölkəsinin tələblərini bir daha dilə gətirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, İsrail Baş naziri Suriya böhranının tez bir zamanda həll olunmasında maraqlı olduğunu bildirib.

Nazir qeyd edib ki, İsrailin ən çox narahatlığına səbəb olan problemlər bölgədə İŞİD və "Hizbullah"ın varlığıdır.

“İŞİD və "Hizbullah" başda olmaqla bölgədəki terror qruplaşmaları hər bir region ölkəsinə, onun suverenliyinə və milli təhlükəsizliyinə ciddi təhdiddir. Bizim narahatlığımızın təməlində terror dayanır. İsrail heç bir dövləti özünə düşmən görmür. Sadəcə olaraq əldə edilmiş beynəlxalq razılıqların və hüquq normalarının pozulmamasını tələb edirik. Əgər Dəməşq də bu normalara sadiqlik nümayiş etdirsə, əlbəttə ki, İsrail Suriyaya hücum etməyəcək. Lakin hazırda Suriyadan İsrailə bir neçə təhdid mövcuddur. Suriya hökuməti, İran, terror bunlardan bir neçəsidir. Bu təhdidlər qaldığı müddətcə ötən günki qarşıdurmanın bundan sonra da yaşanacağı şübhəsizdir”, - deyə Netanyahu qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Suriya  

Netanyahu: "Bundan sonra da Suriyaya hücum edə bilərik"

2018/07/Bibi-954x516_1531463833.jpg
Oxunub: 569     14:37     13 İyul 2018    