Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat nəticəsində ABŞ hərbçisi ilə yanaşı bir nəfər Əfqanıstan hərbi qulluqçusu da həlak olub. Bununla da son bir həftədə Əfqanıstanda artıq ABŞ-dan ikinci hərbçi öldürülür.
Qeyd edək ki, ABŞ xüsusi təyinatlı qüvvələrinin İŞİD-ə qarşı müntəzəm əməliyyatlar keçirdiyi Əfqanıstanın şərqi buradakı müharibədə ABŞ ordusu üçün ən ölümcül bölgələrdən biri hesab olunur.
Ağalar Ağalarlı
Ordu.az